Katarakt

Qəzza zolağından İsrailə 200-dən çox raket atılıb

DÜNYA
10:44 11.05.2021
282
Fələstinli radikallar ötən gecə Qəzza zolağından İsrailə 200-dən çox raket atıblar.

TASS xəbər verir ki, bu barədə jurnalistlər üçün brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus məlumat verib.

O qeyd edib ki, İsrail ordusu buna cavab olaraq sahil Fələstin anklavında 140 hərbi hədəfi vurub:

"Qəzza zolağından İsrailin müxtəlif şəhərlərinə gecə boyunca 200-dən çox raket atıldı, bunların təxminən üçdə biri Qəzza zolağı ərazisinə düşdü. Onlarla raket zərərsizləşdirilib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri 12 saat ərzində sektordakı radikalların təxminən 140 hərbi hədəfini vurub və "Həmas” və "İslami Cihad” qruplaşmalarının təxminən 15 üzvü məhv edilib”.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, "Həmas” hərəkatı mənbəyi Qəzza zolağı olan bütün hadisələrə məsuliyyət daşıyır və İsrailin mülki vətəndaşlarına qarşı terror fəaliyyətlərinə görə cavab verəcək.

Qeyd edilir ki, Qəzza zolağından atılan raketlərdən biri çərşənbə axşamı səhər İsrailin cənubundakı Aşkelon şəhərində yaşayış binasına düşüb və nəticədə altı sakin yaralanıb.

OXŞAR XƏBƏRLƏR