Qəzzada 8 min nəfərin nəşinin çıxarılması illər çəkəcək

Qəzzada 8 min nəfərin nəşinin çıxarılması illər çəkəcək
DÜNYA
13:25 07.10.2026
85
Qəzzada dağıntılar altında qalan minlərlə insanın cəsədinin çıxarılması illər çəkə bilər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzza Mülki Müdafiə Təşkilatının sözçüsü Mahmud Basal İsrailin hücumları nəticəsində qurumun texnika və imkanlarının təxminən 90 faizinin məhv edildiyini bildirib.

Onun sözlərinə görə, təşkilatın 16 mərkəzindən 14-ü dağıdılıb. Hazırda dağıntılar altında qalan təxminən 8 min nəfərin nəşinin çıxarılması mövcud şəraitdə 8 il çəkə bilər.

Basal qeyd edib ki, əsas problemlərdən biri İsrailin atəşkəsə baxmayaraq, ağır texnikanın Qəzzaya daxil olmasına icazə verməməsidir.

Qeyd edək ki, mənbənin məlumatına görə, Qəzzada üç il davam edən hücumlar nəticəsində 74 245 fələstinli həyatını itirib, 175 mindən çox insan yaralanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR