Qəzzada kommunikasiya xidmətlərində problemlər yarandı, yardımlar kəsildi

Qəzzada kommunikasiya xidmətlərində problemlər yarandı, yardımlar kəsildi
DÜNYA
11:58 19.12.2023
125
Qəzza zolağında 5 gündür telekommunikasiya xidmətlərində problemlər var və bu səbəbdən humanitar yardımların koordinasiyasında fasilələr yaranır.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya İdarəsi (OCHA) məlumat yayıb.
 
OCHA-nın verdiyi açıqlamada "Humanitar yardım əməliyyatlarına və məlumat əldə etməyə imkan verən kəsilmənin 5-ci günündə telekommunikasiya xidmətlərinin bərpası üçün səylər davam edir. Dünəndən etibarən humanitar yardımlar həm Rəfah, həm də Kerem Şalom sərhəd qapılarından Qəzzaya daxil olub. Bu müsbət hal olsa da, münaqişələr davam etdiyi üçün insanların ehtiyaclarına cavab verən miqyasda humanitar yardım əməliyyatlarının aparılması üçün lazım olan şərait hələ də yoxdur", - deyə bildirilib.
 
Fələstin Qızıl Aypara Cəmiyyəti dünən verdiyi açıqlamada 16 dekabr tarixinə qədər humanitar yardımla dolu 4 min 367 yük maşınının Qəzzaya daxil olduğunu açıqlayıb.
 
Açıqlamada 21 oktyabrdan 16 dekabra qədər 4 min 367 yük maşını Rəfah sərhəd qapısına daxil olub və yardımın 60 faizi Fələstin Qızıl Aypara Cəmiyyətinə göndərilib. Bu yük maşınlarının 49 faizi ərzaq, 11,7 faizi tibbi avadanlıq, 20,3 faizi yardım materialı (yorğan, paltar və s.), 19 faizi isə su kimi qeydə alınıb. Bildirilib ki, alınan yardımlar ehtiyacın 10 faizini belə ödəmir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR