İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 57 nəfər artaraq 50 min 752 nəfərə çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində xəstəxanalara 57 ölü, 137 yaralının gətirildiyi qeyd edilib.
Yanvarın 19-da əldə olunan atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1391 fələstinlinin həyatını itirdiyi, 3434 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 50 min 752, yaralı sayının isə 115 min 475-ə yüksəldiyi bildirilib.
Oksana