İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 82 nəfər artaraq 53 min 10 nəfərə çatıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzzada son 24 saatda 82 ölü, 152 yaralının xəstəxanalara çatdırıldığı qeyd edilib.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2876 fələstinlinin həyatını itirdiyi, 7957 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 53 min 10 nəfərə, yaralı sayının isə 119 min 998 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Oksana