Qəzzada son 24 saatda 136 nəfər öldü

Qəzzada son 24 saatda 136 nəfər öldü
DÜNYA
16:51 19.05.2025
358
İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 136 nəfər artaraq 53 min 475 nəfərə çatıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
 
Bildirilib ki, son 24 saatda 11-i dağıntılar altından çıxarılan 136 ölü, 364 yaralı Qəzzada xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 3340 fələstinlinin həyatını itirdiyi, 9357 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 53 min 475 nəfərə, yaralı sayının isə 121 min 398 nəfərə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR