Qəzza zolağının müxtəlif bölgələrində fələstinlilərin çadırları və əşyaları su altında qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təxminən 2 milyon insanın didərgin düşdüyü Qəzzada fələstinlilər ikinci qışa hücumlar altında girməyə hazırlaşır.
Fələstinlilərin qaldıqları müvəqqəti çadırlar təxminən bir il davam edən müharibədə köhnəlib və artıq istifadə olunmur.
Qəzza hökuməti də sentyabrın 14-də verdiyi açıqlamada bu məsələyə diqqət çəkərək qışın yaxınlaşması ilə 2 milyon köçkün fələstinlini humanitar fəlakət gözlədiyini bildirib.
Açıqlamada məcburi köçkünlərin qaldığı çadırların 74 faizinin istifadəyə yararsız olduğu, 135 min çadırın isə 100 mininin köhnəldiyi üçün təcili olaraq dəyişdirilməsinin lazım olduğu bildirilib.
Qəzzanın bir çox bölgəsində qısa müddətə yağan yağış çadırları və onların əşyalarını su basmasına kifayət edib. Çadırlardan kənar ərazilər palçıq dənizinə çevrilib.
Gülay