QHT Əməkdaşlıq Alyansı “birtərəfli sevgi olmaz” dedi

QHT Əməkdaşlıq Alyansı “birtərəfli sevgi olmaz” dedi
GƏNCLİK
22:38 13.12.2011
2327
Bu ilin iyul ayında yeni formatda fəaliyyət göstərən və onlarla QHT-ni sıralarında birləşdirən QHT Əməkdaşlıq Alyansı mətbuat üçün açıqlama yayıb. Açıqlamada deyilir ki, ikinci dəfə müstəqillik qazandığımız vaxtdan 20 ilə yaxın vaxt keçsə də vətəndaş cəmiyyəti, Azərbaycanda hələ də tam olaraq formalaşmayıb. Buna səbəb QHT-lərin fəaliyyətinin davamlı olmaması, sosial fəaliyyət üçün lazımı sosial infrastrukturun çatışmazlığı, ardıcıl maliyə mənbələrinin kəsadlığı və bəlkə də ən əsası, özəl sektorun vətəndaş cəmiyyəti ilə hələ də işləmə həvəsinin olmamasıdır. Müxtəlif inkişaf və inkişaf etməkdə olan ölkələrdə özəl sektor QHT-lərin sosial sifarişləri yerinə yetirməsində, özəl sektorla əhali arasında körpünün yaradılmasında, özəl sektorun fəaliyyətində sosial yönümlülüyün yaradılmasında mühüm rol oynayırlar. Amma, Azərbaycanda bu məsələ sanki, daşa rast gəlib. Azərbaycanda biznes pul qazanmaq haqqında düşünür və bu zaman onlara pul qazandıran əhalini, vətəndaşları unudur. Əgər biznes pul qazanırsa, onlara pul qazandıranın da qarşılıqlı marağını təmin etməlidir. Çünki, rəqabət də böyükdür. Hörmət və sevgi qarşılıqlı olmalıdır. Birtərəfli sevgi olmaz.Bu gün 10,000 mindən artıq vətəndaş üçüncü sektorda çalışır və onlar sosial xidmətin müxtəlif sahələrində püxtələşiblər. Özəl sektor, vətəndaş cəmiyyətinin formalaşmasında, maliyyələşməsində və ən azından dövlət xətti ilə yerinə yetirdikləri layihələrdə sosial xidmətlərə cəlb olunmasında mühüm addımlar atmalıdır.Məlumdur ki, özəl sektorun çəkindiyi məqamlar da var. Onlar bəzən QHT-lərin sosial xidmətlərə cəlb olunmasını, tədbirlərinin maliyyələşdirilməsini və onlarla birbaşa müqavilələrin bağlanmasında bir təhlükə hiss edirlər. Bunun da həll yolu mövcuddur. Onlar bu fəaliyyətlərini Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası xətti ilə də həyata keçirə bilərlər. Şuranın xətti ilə ayrılan vəsaitlər QHT-lərə çatdırıla bilər.QHT Əməkdaşlıq Alyansı hesab edir ki, bu gün Azərbaycan QHT-ləri ilə yanaşı vətəndaş cəmiyyətinin ayrılmaz atributlarından biri olan mətbuatın da ciddi maliyyə problemləri var. Reklam bazarı yox dərəcəsindədir. Özəl sektor mətbuatla çox zəif əməkdaşlıq mühitindədir və əsasən, bu və ya digər pres-relizlərini yaymaq üçün mətbuata üz tuturlar. Mətbuatın maliyyyə qaynaqlarının zəif olması birbaşa vətəndaş cəmiyyətinin də zəif olmasına və QHT sektorunun da inkişafına əngəl törədir. Buna görə də özəl sektor QHT-lər vasitəsilə mətbuatla daha yaxından əməkdaşlıq etməlidir. Onlar birbaşa mətbuat vasitəsilə və QHT-lərin təşkilatı və yaradıcılıq imkanları ilə uzlaşan layihələr həyata keçirə bilərlər. Bu tip layihələrin hansılar olması barədə isə QHT Əməkdaşlıq Alyansı yaxın günlərdə fikirlərini geniş ictimaiyyət üçün açıqlayacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?