QHT Əməkdaşlıq Alyansı Prezidentə müraciət etdi

QHT Əməkdaşlıq Alyansı Prezidentə müraciət etdi
GƏNCLİK
11:58 23.04.2013
1724

Ötən bazar günü ATV telekanalında nümayiş olunan “Səni axtarıram” verilişində Almaniyada yaşayan azərbaycanlı Ruhəngiz Əli qızı Cəfərova 3 övladının Almaniya məhkəməsi tərəfindən alınaraq başqa ailəyə verilməsini göz yaşları içərisində danışıb. Azərbaycan tamaşaçısı da bu səhnəni göz yaşları içərisində izləyib.

AZXEBER.COM-un məlumatına görə, Almaniyada övladları əlindən alınan azərbaycanlı ana başına gətirilən hadisəylə bağlı Azərbaycandan kömək istəyib. Hüquqları tapdalanmış azərbaycanlı ana gözəl bilir ki, bu gün Azərbaycan güclü bir dövlətdir və hər bir vətəndaşını qorumaq iqtidarındadır. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, o, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının prezidentidir və onları qoruyacaq. QHT Əməkdaşlıq Alyansı inanır ki, Azərbaycan Prezidenti Ruhəngiz Əli qızı Cəfərovanı da müdafiə edəcək və övladlarının ona qaytarılmasına kömək edəcəkdir.

Sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı bu hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir. Bu ədalətsiz olay Almaniya kimi hüquqi və demokratik bir dövlətdə baş verib. Həm də dil bilməməsi ucbatından öz hüquqlarını müdafiə edə bilməyən bir azərbaycanlı ana Almaniya məhkəməsinin məyusedici qərarı ilə üzləşməli olub. Bir ananın öz övladlarından ayrı salınması heç bir ölkənin məhkəməsinə, o cümlədən Almaniya məhkəmə sisteminə də başucalığı gətirmir. Ailə-məişət zəminində baş verən bir ailə münaqişəsi nəticəsində üç uşaq ata-anadan məhrum edilərək alman ailəsində böyüməyə məhkum edilib. Yaxşı hal odur ki, bir azərbaycanlı ana övladlarına sahib çıxmaq istəyir və onun sosial və psixoloji durumu məsuliyyətli və sevən bir ana olmağa yetərlidir. 30 apreldə keçiriləcək məhkəmədə hakimlərin bu məqamı ciddi nəzərə alması çox vacibdir və ümid edirik ki, məhkəmə övladlarını anaya qaytaracaq.

QHT Əməkdaşlıq Alyansı inamını ifadə edrək bildirir ki, Almaniyanın ölkəmizdəki səfirliyi də bu olaya laqeyd qalmayacaq və ədalətin bərpası və həqiqətin üzə çıxması üçün əlindən gələn köməkliyi göstərəcəkdir.

Həmyerlimizin acı taleyi ilə bağlı verilişin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı mətbuata açıqlamasında bildirib ki, Ruhəngiz Cəfərova əri Elçinlə Almaniyada qaçqın statusu ilə yaşayıblar. Onların həmin ölkədə 3 uşağı dünyaya gəlib. İki il əvvəl onlar arasında ailə münaqişəsi olub. Elçin də onunla dalaşıb. Səhhətinin pozulmasından şübhələnən Ruhəngiz həkimə müraciət edib. Geri qayıdarkən əri qapını onun üzünə açmayıb. Ruhəngiz qonşunun evinə getməyə məcbur olub və ərinin qapını nə vaxt açacağını gözləyib. Qonşusu olan rus qadın da məsələ ilə bağlı polisə məlumat verib. Alman dilini bilməyən Ruhəngiz polis tərəfindən verilmiş sənədə imza atıb. Ruhəngizin dediklərindən belə məlum olub ki, qonşu qadın həmin sənəddə onun əri tərəfindən döyülməsi və işgəncə verilməsini yazıbmış. Bir həftə sonra ailə münaqişəsi məhkəməyə çıxarılıb. Lakin Elçin Ruhəngizə məhkəməyə getməyə icazə verməyib. Bundan sonra Almaniyada uşaqların problem və hüquqlarını müdafiə edən təşkilat uşaqları anadan alaraq başqa ailəyə verib.

Xoşqədəm Hidayətqızı bir ananın faciəsini dilə gətirərək deyir ki.“Ruhəngiz iki ildir Almaniya məhkəmələrində qalıb, amma nəticə yoxdur. Uşaqlar artıq başqa ailələrdə öz ana dillərini də unudublar. Dəhşətlisi odur ki, uşaqlardan iki qız uşağı yaşca bir az böyük olsalar da, qardaşları anadan alınarkən 10 aylıq südəmər olub. Ruhəngizin arzusu Azərbaycan dövlətinin ona köməklik etməsidir. Bizə müraciət etməsinin səbəbi də məhz budur ki, Azərbaycan dövləti uşaqlarını geri almasında ona kömək etsin”.

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Prezidentinə də müraciət ünvanlayaraq ondan Almaniyada yaşayan bir azərbaycanlı ananın faciəsinə kömək etməyini xahiş edib. Müraciətdə deyilir: “Cənab Prezident! Ruhəngiz Əli qızı Cəfərovanın işi üzrə aprelin 30-da son məhkəmə iclasıdır. Ananın övladlarına qovuşması bu məhkəmədən asılıdır. Cənab Prezident! Siz həmişə harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının yanında olmusunuz. Çətin günlərində onlara dayaq durmusunuz. Buna görə də sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı nüfuzunuzdan istifadə edərək bu işə müdaxilə etməyinizi Sizdən rica edir”.

QHT Əməkdaşlıq Alyansı bütün üzv təşkilatları ilə birlikdə məhkəmə tarixinə qədər qalan bir həftə müddətində Almaniyada yaşayan Ruhəngiz Əli qızı Cəfərovanın pozulmuş hüquqlarının bərpası üçün bütün qüvvələrini səfərbər edəcək və aidiyyatı qurumlarla işbirliyi şəraitində əlindən gələni əsirgəməyəcəkdir. Bu elə bir hadisədir ki, xalq öz birliyini nümayiş etdirməli və bu problemin həllində dövlətin yanında yer almalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər