QHT Əməkdaşlıq Alyansı: Respondentlərin 86,46 faizi İlham Əliyevə inandıqlarını bildiriblər

QHT Əməkdaşlıq Alyansı: Respondentlərin 86,46 faizi İlham Əliyevə inandıqlarını bildiriblər
GƏNCLİK
15:05 04.10.2013
1521

Bu gün QHT Əməkdaşlıq Alyansının oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin yekun nəticələri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında alyansın həmsədri Rufiz Qonaqov deyib ki, monitorinqin sentyabrın 12-dən başlayan ikinci mərhələsi artıq yekunlaşıb.R.Qonaqov vurğulayıb ki, bu mərhələ 5 regionda monitorinqlər aparılıb: “Ümumilikdə, 11 regionda 78 rayon əhatə olunub. Monitorinqdə 19500 nəfər respondent iştirak edib”.R.Qonaqovun sözlərinə görə, monitorinqin aparılmasında əsas məqsəd əhalinin seçki hazırlığını müşahidə etmək, partiya və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandığını təyin etmək olub:

“Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86.46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər. Respondentlərin 6.54 faizi Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5 faizi Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2.4 faizi BAXCP sədri Qüdrət Həsənquliyevə, 0.70 faizi ADP sədri Sərdar Cəlaloğluna, 0.44 faizi müstəqil namizəd Zahid Oruca, 0.43 faizi Ədalət Partiyasının sədri İlyas İsmayılova, 0.53 faizi isə digər namizədlərə inandıqlarını bildiriblər”.R.Qonaqov əlavə edib ki, “Bu gün seçkilər keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir: “Monitorinqə cəlb edilən 19 min 500 nəfərin 86.46 faizi, yəni 16 min 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6.54 faizi, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.5 faizi, yəni 487.5 nəfəri İqbal Ağazadəyə, 2.4 faizi, yəni 467.75 nəfəri isə Qüdrət Həsənquliyevə, 2.1 faizi, yəni 408.75 nəfər isə digər namizədlərə səs verərdim deyə cavab verib”.Alyansın həmsədri Rəfail Becanov isə deyib ki, monitorinqdə namizədlərin reytinqi ilə yanaşı siyasi partiyaların da yekun reytinqləri öyrənilib.Onun sozlərinə görə, partiyaların reytinqində birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur.R.Becanov bildirib ki, partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16 min 860 nəfəri, yəni 86.46 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54 faizi digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər.Alyansın həmsədri Yadigar Məmmədli isə ölkədəki seçki mühiti ilə bağlı çıxış edərək bildirib ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. O qeyd edib ki, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi, seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib