QHT-lərə Dövlət Dəstəyi Agentliyində Fatma Səttarova ilə görüş keçirilib - FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Fatma Səttarova ilə görüş keçirilib - FOTOLAR
SOSİAL
16:18 03.02.2022
251
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb.

O, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən "İstiqlal” ordeni ilə təltif edilməsini Fatma Səttarovanın dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirib.

Gənclər günündə keçirilən görüşü "Nəsillərin görüşü” kimi dəyərləndirən Aygün Əliyeva 100 ilin adamının keçdiyi həyat yolunun və fəaliyyətinin gənclərə əsl nümunə və örnək olduğunu vurğulayıb.

Fatma Səttarova Agentlikdə olmasından və bu görüşdən məmnun olduğunu bildirib. Səmimi şəraitdə keçirilən görüşdə Fatma Səttarova onun həyat fəaliyyətinə dövlət qayğısından, Prezident İlham Əliyevlə görüşündən bəhs edib. Sonra Agentliyin əməkdaşlarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olduğunu vurğulayıb. Natiq Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, 44 günlük Zəfər müharibəsinin 500 nəfər gənc veterenı artıq təşkilatın üzvü olduğundan, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb.

Sonda 100 illik yubileyi münasibəti ilə Fatma Səttarovaya Agentlik tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR