QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırdı - FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırdı -  FOTOLAR
MEDIA
03:23 17.07.2015
1307

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanda milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azərbaycanda mətbuatın müstəqil və peşəkar fəaliyyəti üçün dövlət tərəfindən yardılan şəraitdən, Şura və medianın yaxından əməkdaşlığı haqqında danışıb.

Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycan mətbuatının yaranma tarixi və inkişaf mərhələləri haqda fikirlərini çatdırıb. Azay Quliyev ötən 140 il ərzində mətbuatın çətin və şərəfli bir yol keçdiyini deyib: “Təsadüfi deyil ki, “Əkinçi” qəzeti milli şüurun formalaşmasında mühüm rol oynadı və mətbuatın sonrakı inkişafına böyük töhfələr verdi. Məhz bu maarifçilik ideyaları üzərində bərqərar olan Azərbaycan mətbuatı uzun yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Bu gün ölkəmizdə mətbuat və söz azadlığı tamamı ilə təmin edilib” .

Şura sədri bildirib ki, Azərbaycanda mətbuatın müasir inkişafı Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mətbuat dövlət qayğısı ilə əhatə olundu, senzura ləğv edildi, bir çox mətbu orqanların nəşriyyatlara olan borcları ya silindi, ya da azaldıldı”.

Şura sədri mətbuata dövlət qayğısından danışıb və qeyd edib ki, hazırda prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatına diqqət və qayğı böyükdür: “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi və digər məsələlər bu diqqətdən irəli gəlir. Bütün bunlar bir çox ölkələrə də nümunə olmalıdır”.

Azay Quliyev çıxışında qeyd edib ki, cənab prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Artıq bu çərçivədə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsinə başlanılıb. Bu mükafatladırma tədbiri də ölkədə qeyd olunan böyük mətbuat bayramına kiçik bir töhfədir.

Şura sədri Azərbaycan jurnalistlərinin vətəndaş cəmiyyətinin inkişafında önəmli rola sahib olduqlarını deyib. Son bir ay ərzində Şura və ümumilikdə QHT sektorunun fəaliyyəti barədə mətbuatda 900-dən çox yazı dərc edilib: “Arzu edirəm ki, jurnalistlər bundan sonra da daim obyektivliyi qorumağı bacarsınlar. QHT sektorunun fəaliyyətinin ictimaiyyət çatdırılmasındakı xidmətlərinə görə onların hər birinə minnətdaram”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimov isə çıxışında Həsən bəy Zərdabinin fəaliyyətindən danışaraq, onun “Əkinçi” qəzetini təsis etməklə Azərbaycan mətbuatının sağlam özülünü qoyduğunu vurğulayıb: “Bu gün çox sevindirici haldır ki, mətbuatımız inkişaf edir, jurnalistlərə diqqət və qayğı göstərilir. Mən hesab edirəm ki, mətbuat bu gün ölkəmizin qazandığı çoxsaylı uğurlara şərikdir”.

Sonda mətbuatın 140 illiyi ilə bağlı KİV nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?