QHT sədri Avropa Parlamentinə səsləndi: Niyə susursunuz?

QHT sədri Avropa Parlamentinə səsləndi: Niyə susursunuz?
GƏNCLİK
17:02 29.01.2019
5426

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyi Avropa Parlamentinin qərəzli mövqeyinə etiraz edib.

AZXEBER.COM xəbər verir ki, Birlik bununla bağlı Avropa Parlamentinə bəyanat ünvanlayıb: "Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞ PA, nə Avropa Parlamenti, nə ATƏT, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın nüfuzlu KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.

Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu "siyasi məhbus" elan edərək qətnamələr qəbul edən Avropa Şurası, eləcə də digər qurumlar, görəsən, Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar?"

Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar: "Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirir və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların susması sadəcə təəssüf hissi doğurur.

Biz vətəndaş cəmiyyətinin üzvü olaraq sizin kimi mötəbər təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsə, hər bir xalqa, hər bir dövlətə yanaşma eyni olmalıdır. Bu vətəndaş cəmiyyətinin təməl prinsipidir"

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir