QHT sədri Türkiyədə magistraturaya qəbul olub

QHT sədri Türkiyədə magistraturaya qəbul olub
MEDİA
01:03 17.09.2014
1363

 “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ali təhsilini magistratura pilləsində davam etdirəcək.

Birlik sədri magistr olaraq Türkiyənin İstanbul Aydın Universitetinin Halkla Iliskiler ve Tanitim ixtisasinda təhsil alacaq.

Qeyd edək ki, Fərid Şahbazlı 2009-2013-cü illərdə Odlar Yurdu Universitetində (OYU) jurnalistika ixtisasında bakalavr təhsili alıb və universiteti Fərqlənmə diplomu ilə bitirib. Universitetin ilk ilindən Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvü olub, daha sonra ictimai fəaliyyətini universitetin Tələbə-Elmi Cəmiyyətinin sədri kimi davam etdirib. Universitet illərində iki il ard-arda fəal tələbə kimi OYU-nun Fəxri Fərmanı ilə təltif edilib. 

2011-ci ildən etibarən “Gənc Liderlər” Uşaq Təşkilatının bazasında yaradılan və dövlət qeydiyyatına alınmış “İslahatçı Gənclər” İctimai Birliyinin sədridir.

OXŞAR XƏBƏRLƏR