Qırğız Prezidenti Almazbek Atambayev İlham Əliyevi təbrik etdi

SİYASƏT
13:20 11.10.2013
1090

Qırğız Prezidenti Almazbek Atambayev İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, Azərbaycanda prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə aldığınız dəstək Azərbaycan xalqı tərəfindən Sizə olan böyük etimadın və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir. Qəti əminəm ki, Sizin yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyinizlə, ölkələrimiz arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və çiçəklənməsinə yönəlmiş dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

OXŞAR XƏBƏRLƏR