Qırğızıstan Azərbaycanın narazılığına münasibət bildirdi

Qırğızıstan Azərbaycanın narazılığına münasibət bildirdi
SİYASƏT
11:41 05.03.2017
1225
Qırğızıstanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad bəyannaməsinin siyasi bəndlərini nə üçün təqdir etmədiyinə aydınlıq gətirib.

"Report” xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in rəsmi saytında dərc olunan bəyanatda qeyd olunub.

Bundan əvvəl Azərbaycanın xarici siyasət idarəsi bildirib ki, Qırğızıstanın İƏT-in 13-cü sammitinin yekun bəyanatının siyasi maddələrinə qoşulmaması suallar doğurur.

Qırğızıstan XİN-i Azərbaycanın reaksiyasını "təəssüf hissi ilə qarşılayıb”:"Hesab edirik ki, bu regional birlik hər şeydən əvvəl iqtisadi mahiyyətli məsələlərin həlli üçün nəzərdə tutulub. Nümayəndə heyətlərinin əksəriyyəti həm təşkilatı, həm də İslamabad bəyannaməsini siyasiləşdirməməyin tərəfdarı olduqlarını bildiriblər. Bununla belə, Qırğızıstan bəyannamənin qəbul edilməsinə maneəçilik törətməyib, sadəcə onun siyasi maddələrinə qarşı bitərəf qalıb", — deyə nazirliyin bəyanatında bildirilir.

XİN-in mətbuat xidmətinin məlumatına görə, Qırğızıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli formatda həmişə ardıcıl olaraq ərazi mübahisələrinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən diplomatik münasibət qurduğu hər bir dövlətin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əsasında sülh yolu ilə həlli mövqeyindən çıxış edir.

Qırğızıstan gələcəkdə də, İƏT-in digər ölkələri ilə olduğu kimi, Azərbaycanla da münasibətləri möhkəmləndirmək və genişləndirməkdə maraqlıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu