Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
SOSİAL
15:12 03.07.2025
213

Qırğızıstan Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

AZXEBER.COM xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR