Qırğızıstanın keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi

Qırğızıstanın keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi
DÜNYA
09:53 29.12.2025
92
Qırğızıstan prezidenti Sadır Japarov keçmiş dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.

Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Qırğızıstan Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - deyə məlumatda bildirilib.

Keçmiş prezident ölkənin ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli "Manas" ordeni, "Danaker" ordeni və "Dənk" medalından məhrum edilib.
OXŞAR XƏBƏRLƏR