“Qırmızı köynəklilər insan alverinə qarşı”

GƏNCLİK
20:06 21.10.2011
1613

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyi əhalini insan alveri probleminə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə yeni aksiyaya start verib.

Bu haqda AZXEBER.COM-a birliyin sədri Mehriban Zeynalova məlumat verib. Onun dediyinə görə, aksiyanın adı “Qırmızı köynəklilər insan alverinə qarşı” olacaq.  Aksiyaya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ)-nin fəal gəncləri də dəstək verəcək. 

Aksiya, 22 oktyabr 2011-ci il tarxidə saat 16-da Fəvvarələr meydanında həyata keçiriləcək. Aksiyanın müddəti cəmi 30 dəqiqə olacaq. Aksiyanın sonunda “Qırmızı köynəkli” gənclər ətrafda toplaşan əhaliyə insan alverinə dairbukletlər yayacaq.

OXŞAR XƏBƏRLƏR