Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
İQTİSADİYYAT
10:48 05.09.2025
1649

5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır.

Məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə "Onu Oxut” aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək, onlara dəstək olmaqdır.

Xatırladaq ki, 2021-ci ildən başlayan "Onu oxut” aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə təhsil təqaüdü təqdim edilib. 

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik təşəbbüslərinə qoşulmaq istəyən hər kəsi "Onu Oxut” aksiyası çərçivəsində həmrəylik nümayiş etdirməyə və gənclərə dəstək olmağa çağırır.

Aksiyaya fotodakı QR kodu oxudaraq, eləcə də Fondun veb-saytı (https://redhearts.az/aktiv-aksiyalar/tehsil-teqaud), Kapital Bank terminalları,  Birbank və m10 mobil tətbiqləri vasitəsi ilə ianə etmək mümkündür.

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib