Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il
İQTİSADİYYAT
12:18 18.12.2024
478

Fəaliyyəti boyunca Azərbaycanın hər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür.

AZXEBER.COM xəbər verir ki, fond ötən gün bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış "Ürəksən” adlı tədbirdə bir araya gətirib.

Kapital Bank-ın nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Yusif Poladov açıb. O, çıxışında "Cəmiyyət”, "Ətraf mühit” və "Heyvanların müdafiəsi” istiqamətlərində Fondun 2024-cü ilə dair hesabatını təqdim edib. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər də yer alıb. Belə ki, 2024-cü il ərzində Fonda 4 505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 196 könüllünün iştirakı ilə 4 019 benefisiara dəstək göstərilib.

Tədbirin davamında Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova çıxış edərək Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasında Qırmızı Ürəklər Fondunun rolundan danışıb. "Qırmızı Ürəklər Fondunun ideyası bir neçə əməkdaşın təşəbbüsü ilə yaranmışdı. 4 il çox uzun vaxt olmasa da Fond bu müddətdə ətrafına xeyli könüllü toplaya, böyüyə və cəmiyyətimiz üçün çox dəyərli işlərə imza ata bildi. Bu olduqca əzmli və qürurverici yol oldu. Mən bu yolda bizimlə davam edən bütün könüllülərimizə, dəstək göstərən xeyirxah insanlara təşəkkürümü bildirirəm”.

Tədbirdə həmçinin Fondun Himayəçilik Şurasının üzvü Günay Məssimova Fondun uğurlarında könüllülərin rolundan danışaraq onlara təşəkkürünü bildirib.

Tədbir çərçivəsində Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermiş şirkətlər yeni təsis edilən "Red Hearts Award” mükafatı ilə təltif edilib. Mükafatlandırılanlar sırasında "PAŞA Həyat”, PAŞA Bank”, "PAŞA Investments”, "PashaPay”, "PAŞA Technology” və "PMD Group” şirkətləri də yer alıb. Eyni zamanda Fondun könüllülük fəaliyyətinə dəstək vermiş, layihələrdə təşəbbüsləri ilə fərqlənən könüllülərə və Kapital Bank-ın filial rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib