ATƏT-in Minsk qrupu 20 ildir Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmasına baxmayaraq, təəssüf ki, hələ konkret nəticələr əldə olunmayıb.
ATƏT Parlament Assambleyasının qarşıdan gələn Vyana-qış sessiyasında biz bu məsələ ilə bağlı mövqeyimizi bir daha səsləndirəcəyik.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin (MM) komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.E.İbrahimov bildirib ki, münaqişənin həllinin uzanması Azərbaycan xalqının səbrini tükəndirir.Komitə sədrinin sözlərinə görə, ötən müddət ərzində həmsədrlərin işi tərəfləri görüşdürmək, bu yöndə vasitəçilik etmək olub.Münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidentinin siyasi iradə nümayiş etdirdiyini deyən komitə sədri qeyd edib ki, dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə bəyan edib və Azərbaycan xalqı bu mövqeyi tamamilə dəstəkləyir.E.İbrahimov, qeyd edib ki, Ermənistan prezidenti isə siyasi iradə nümayiş etdirə bilmir, yəni, münaqişənin həlli ilə bağlı razılaşma mərhələsinə çatanda Ermənistan tərəfi problem yaradaraq vaxtı uzadır.“Azərbaycan xalqı münaqişənin uzanmasının əleyhinədir. Vaxtı uzatmaq da olmaz. Bu gün Azərbaycan bütün sahələr, o cümlədən hərbi sahə üzrə inkişaf edir. Sülh danışıqları nəticə verməsə, alternativ variant müharibə yoludur. Ermənistan vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməlidir”- deyə, E.İbrahimov vurğulayıb.