Qız atası gecə polis qudasının evinə hücum çəkdi - FOTO

Qız atası gecə polis qudasının evinə hücum çəkdi - FOTO
Bütün Xəbərlər
16:12 18.08.2014
3155
Tovuzda qudalar arasında dava düşüb
Tovuzda qudalar arasında yaranan narazılıq dava-dalaşla nəticələnib. AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, qızı Rasim Qafarovun oğlu ilə nişanlı olan Fəxrəddin Ələkbərov bu izdivaca razılaşmayaraq gecə saatlarında qudasının evinə hücum edib.
Ev sahibinin bildirdiyinə görə, sərxoş halda həyətə daxil olan Fəxrəddin Ələkbərov evin bütün əşyalarını sındırıb, həyətdə olan iki avtomobilə zərər yetirib. Səs-küyə yığışan qonşular vəziyyətin çətinliyini görüb hadisə yerinə polisini çağırıblar. Fəxrəddin Ələkbərov dərhal zərərsizləşdirilərək polis şöbəsinə aparılıb. Zərərçəkən Rasim Qafarov bildirir ki, oğlu hərbi xidmətə yollanmazdan əvvəl Fəxrəddin Ələkbərovun qızı ilə nişanlanıb. Bir neçə ay keçdikdən sonra isə qız atası bu qohumluğun alınmayacağını bildirib.
Qeyd edək ki, zərərçəkən Rasim Qafarov Tovuz Polis Şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR