Qız qalası və muzeylərə giriş pulsuz olacaq

Qız qalası və muzeylərə giriş pulsuz olacaq
Bütün Xəbərlər
17:58 27.12.2014
1240

Muzeylər dekabrın 31-də saat 16:00-a qədər işləyəcək.

Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar üçün İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla tanışlıq pulsuz olacaq.

Qeyd edək ki, Qız qalası və digər muzeylər dekabrın 31-də saat 16:00-a qədər işləyəcək. Yanvarın birində isə muzeylər bağlı olacaq.//oxu.az

OXŞAR XƏBƏRLƏR