Qız qalası və Sabir bağında 12 yaşlı qıza kameraların qarşısında təcavüz etdi - TƏFƏRRÜAT

KRİMİNAL
14:57 05.05.2014
10508
Məhkəmə tibbi ekspertizasının qərarına əsasən L.M. bakirədir.
Bakının mərkəzində quraşdırılmış nəzarət kameralarında gecə ərzində cavan oğlanın qızla iki dəfə cinsi əlaqəyə girdiyi qeydə alınıb. Bu, birinci dəfə Qız qalası, ikinci dəfə Sabir bağında baş verib.
Bu barədə Səbail rayon Polis İdarəsində bildiriblər.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, kameralarda görünən qız itkin düşdüyü elan edilən, 12 yaşlı Bayıl qəsəbə sakini (ad etik baxışlara və istintaqa görə dəyişdirilib) Lamiyə M-dir.
Bu yaxınlarda qızın nənəsi polisə müraciət edərək onun evdən çıxdığını və geri qayıtmadığını deyib.
Müstəntiqlər kamerada çəkilən oğlanın izinə düşüblər. Bu 1991-ci il təvəllüdlü, Bakıda kirayədə qalan, tikintilərin birində fəhlə kimi çalışan, Şəki rayon sakini N.Mustafayevdir.
Saxlanılan Mustafayevə qarşı Bakı şəhər Prokurorluğunda AR CM 152-ci maddəsi ilə (16 yaşına çatmamış şəxslə cinsi əlaqə və ya seksual xarakterli digər hərəkətlər) cinayət işi açılıb.
Saxlanılan şəxs ilkin dindirilmədə qızla Bakı Bulvarında tanış olduğunu deyib. Onun sözlərinə görə qızı zorlamayıb, o özü onunla yaxınlığa razılıq verib.
Bayıl sakinini evinə qaytarıblar. Məlumat verilib ki, uşağın valideynləri alkoqol düşkünüdürlər, qızın tərbiyəsi ilə nənəsi məşğul olurdu. Bundan başqa məhkəmə ekspertizasının məlumatına görə L.M. bakirədir.
Qeyd edək ki, AR CM-in 152-ci maddəsinə görə, tutulan şəxs 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.(Oxu.az)

OXŞAR XƏBƏRLƏR