Qıza sataşan oğlan ona irad bildirən adamın çənəsini sındırdı

Bütün Xəbərlər
11:40 06.10.2011
2813
Qıza sataşan şəxs ona irad bildirən adamın çənəsini sındırdı
Oktyabrın 5-də Bakıda xuliqanlıq hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, Qara Qarayev prospekti 34 ünvanını qarşısından paytaxt sakini Quliyev Səbuhi Abbas oğlu çənə sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Sonradan məlum olub ki, S.Quliyev həmin ərazidən keçərkən tanımadığı bir şəxsin yoldan keçən qıza sataşdığını görüb. Bu zaman o, həmin şəxsə yaxınlaşıb və iradını bildirib. Naməlum şəxs isə S.Quliyevin üz və çənə nahiyəsinə yumruqla bir neçə zərbə endirib. İkincinin çənə sümüyü sınıb və xəstəxanalıq olub.
Fakt üzrə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR