Qızı bu fotolara görə tanınmış teleaparıcıya irad tutdu: Belə geyinmə - FOTOLAR

Qızı bu fotolara görə tanınmış teleaparıcıya irad tutdu: Belə geyinmə - FOTOLAR
MAQAZİN
15:29 09.02.2018
10977
Lider TV-də yayımlanan "7 gün” verilişinin qonağı teleaparıcı Humay Muxtarova olub.
 
AZXEBER.COM xəbər verir ki, Humay verilişdə 15 yaşlı qızından danışıb: "Qızım bir az yaşından böyük görünür. O atasına oxşayıb. Yoldaşım uzunboy idi. Qızım bu sənətə meyilli deyil. O hüquqşünas olmaq istəyir. Amma teleaparıcı olmaq istəsəydi, məmuniyyətlə dəstək olardım".
 
Humay daha sonra paylaşımlarını qızının bəyənmədiyini də deyib: "Sosial şəbəkədə paylaşdığım şəkillərə görə qızım hətta bəzən mənə irad tutur. Mən də başa salıram. Elə vəziyyət olur ki, geyimimə də qarışır. Son 5 aydır hiss edirəm ki, qızım məni qısqanır.”
 
Verilişin aparıcısı Zaur Nəbioğlu Humaya maraqlı sual verib: "Bəs sən qızının belə geyinməsinə razı olarsanmı?. O isə cavabında "əsla" cavabını verib. 

Qeyd edək ki, aparıcı Humay Muxtarovanın 35 yaşı var. 
 
Teleaparıcının cəlbedici fotolarını təqdim edirik:
 
Nazim Qasımzadə
 

 

 



 

OXŞAR XƏBƏRLƏR