Qızıl almaq istəyənlərə xəbərdarlıq: Aldadıla bilərsiniz

Qızıl almaq istəyənlərə xəbərdarlıq: Aldadıla bilərsiniz
İQTİSADİYYAT
12:18 21.12.2024
682
Bir neçə müddətdir ki, qızıl, brilyant, gümüş və s. zərgərlik məmulatları da digər əşyalar kimi kirayə verilir. Azərbaycanda qızılın kirayə verilməsi son illərdə yeni bir tendensiya olaraq ortaya çıxıb.

Bu proses xüsusilə toy və digər xüsusi tədbirlər üçün qızıl zinət əşyalarına tələbatın yüksək olduğu hallarda geniş istifadə olunur. Qızıl zinət əşyaları satan mağazalar və ya xüsusi kirayə xidməti göstərən mərkəzlər bu xidməti təqdim edir. Müştərilər toylarda, nişanlarda və digər mərasimlərdə istifadə etmək üçün qızıl əşyaları qısa müddətə icarəyə götürə bilirlər.

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev "Yeni Sabah”a açıqlamasında bu məsələyə münasibət bildirib:

"Zinət əşyalarının kirayə verilməsi o qədər də populyar deyil. Ancaq son zamanlar xam qızılın birja qiymətinin artması ilə bağlı məmulatın da qiyməti artır. Ona görə yəqin ki bu xidmət aktuallaşıb. Burada heç bir tənzimləməyə ehtiyac yoxdur. Çünki bu, azad iqtisadiyyatdır. Sadəcə istehlakçılara tövsiyəmiz o olar ki, bunu mütləq sənədləşdirsinlər, gələcəkdə hər hansısa mübahisəli məqam yaranmasın. Həmin proses sahibkarlar üçün də müəyyən mənada risk daşıyır. Çünki zərgərlik məmulatı qiymətli metallardan və daşlardan ibarətdir. İstehlakçı zinət əşyasının üzərindəki daşı, metalı dəyişə bilər. Nəzəri olsa da, bu ehtimal var. Burada həm sahibkar üçün risk mövcuddur. Həmçinin, risklə bağlı məsuliyyət kirayə götürən şəxsin üzərində olur. Ona görə də proses müqavilə ilə tənzimlənməli, xırdalıqlarına qədər hər bir məqam qeyd olunmalıdır”.

T.Abbasquliyev qeyd edib ki, kirayə verilən zərgərlik məmulatı satışa çıxarıldıqda alıcıya onun icarə verildiyi haqda məlumat verilməlidir:

"Kirayə verilən qızıl məmulatı işlənmiş sayılır və onu satışa çıxarırlarsa, bu barədə alıcıya məlumat verilməlidir. Mütləq formada alıcı bilməlidir ki, o keçmişdə kirayə verilən məmulatı alır. İstənilən halda kirayə verilən qızıl zinət əşyası özünü bildirir. Üzərində müəyyən cızıq izləri olur. Belə halda əgər sahibkar onun rodium örtüyünü dəyişdirib cilalayırsa və yenidən satışa təqdim edirsə, həmin qızıl artıq yeni sayılır. Bu tamamilə istehlakçıya bağlı bir məsələdir. Ancaq satıcı da məsuliyyətli yanaşmalı və müştəriyə həmin mal haqda ətraflı məlumat təqdim etməlidir. Onu da qeyd edim ki, qızıl məmulatlarının satışı, kirayəsi ilə bağlı məsələlər heç bir qurumla tənzimlənmir. Digər əşyalar kimi, bu məmulatlar da rahat bir formada kirayə verilə bilər. Xüsusi tənzimləməyə ehtiyac yoxdur. Bazar iqtisadiyyatına əsasən tələb və təklif var. Əgər kimsə 1 manatlıq bir şeyi 5 manata təklif edirsə, təbii ki, onun alıcısı da az olacaq”.

Müsahibimiz vurğulayıb ki, brend markalarda belə bir xidmət mövcud deyil:

"Qızıl, brilyant, gümüş və s. zinət əşyalarının kirayə verilməsi bazarda brend olmayan məhsullara aiddir. Biz əgər brend mağazalardan danışsaq, orada belə hallar ümumiyyətlə yoxdur. Həmin markaların satışa çıxardığı malların hamısı yenidir. Tanınmış qızıl mağazalarında belə bir xidmət mövcud deyil. Yox əgər müştəri bazardan qızıl alırsa, burada müəyyən risklər ola bilər. Diqqətli olmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib