"Dünya Azərbaycanlılar” İctimai Mərkəzi Respublikada “Qızıl Buta” Mükafatı uğrunda respondentlər arasında sorğu keçirib. “Qızıl Buta” Mükafat uğrunda keçirilən sorğuda iştirak edən respondentlərin 24 % iş adamı 15% elm xadimləri 19 % məmurlar 21% tələbələr 2 % işsizlər 19 % müxtəlif peşə sahibləridir. Respondentlərin 53.6% kişilər, 46.4% qadınlar təşkil edib.
AZXEBER.COM-un məlumatına görə, “Qızıl Buta” Mükafatı uğrunda keçirilən sorğunun qalibləri aşağıdakılardır:
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Azərbaycanda regionların sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə;
Bütün Qafqazın şeyxi Haci Allahşükür Paşazadə - Azərbaycanda dini tolerantlığın qorunmasında xidmətlərinə görə;
Kəmalləddin Heydərov, Fövqəladə Hallar Nazirliyi - Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq standartlarına uyğunlaşdırmaq istiqamətində xidmətlərinə görə;
Alper Çoşkun - Azərbaycan-Türkiyə münasibətlərin qorunmasında və möhkəmlənməsində xidmətlərinə görə;
Əli Həsənov - Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu fəaliyyətinə görə;
Füzuli Ələkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri-işsizliyin aradan qaldırılmasında və sosial təbəqəyə göstərilən xidmətlərinə görə;
Qərib Məmmədov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli istifadəsində xidmətlərinə görə;
Qənirə Paşayeva, millət vəkili - Azərbaycanın həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında xidmətlərinə görə;
Namiq Əliyev - Azərbaycan-Moldova münasibətlərin qorunmasında və möhkəmlənməsində xidmətlərinə görə;
Vüqar Səfərli - KİV-nin inkişafında göstərdiyi xidmətlərinə görə;
Qorxmaz Hüseynov, Azərsu ASC - Əhaliyə yüksək xidmət göstərilməsində fəaliyyətinə görə;
Elmar Qasımov -Təhsil sahəsində beynəlxalq əlaqələrin qurulmasında xidmətlərinə görə;
Aqil Abbas, millət vəkili - Gənc nəslin vətənpərvər yetişdirilməsində və uğurlu ictimai fəaliyyətində xidmətlərinə görə;
Arzuman Muradlı, iqtisadçı alim - Ulu Öndərimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsində xidmətlərinə görə;
İqbal Məmmədov, millət vəkili - Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə;
Eldar Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı -Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə;
Rəşad Məcid - Cağdaş ədəbiyyatımızın təbliğində xidmətlərinə görə;
Nəriman Əliyev, millət vəkili- Milli Məclisdə və uğurlu ictimai fəaliyyətində xidmətlərinə görə;
Hüseynağa Nuriyev - Uğurlu ictimai fəaliyyətində xidmətlərinə görə;
Ərəstun Cavadov, millət vəkili - Xeyriyyə tədbirlərinin keçirilməsində və uşaq evlərinin himayəsində xidmətlərinə görə;
Füzuli Musayev - Sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə;
Gülağa İslamov, Xəzər rayon İcra Hakimiyyətinin Başçısı -Xəzər rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə;
Təfəkkür Universiteti -Müşviq Atakişiyev - Yeni təhsil sisteminin təkmilləşməsində xidmətlərinə görə;
Əhməd Muxtarov - Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı -Hacıqabul rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə;
Fərid Şahbazlı - Azərbaycan gənclər arasında fəal və səmərəli fəaliyyətinə görə;
Avesta Konserni - Haci İbrahim İbrahimov - Dünya standartlarına uyğun müasir tipli yaşayiş obyektlərinin tikintisindəki xidmətlərinə görə;
Elmar Məmmədov - Kapital bankın idarə heyətinin sədri -Keçmiş əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi proqramını uğurla həyata keçirilməsində xidmətlərinə görə;
Elçin Orucov - Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəsilin formalaşmasında göstərdiyi xidmətlərə görə;
Cabir Rəsulov “AzEvrotel” -Kompleks telekommunikasiya xidmətlərinin həyata keçirilməsində və vətəndaşlara yüksək rabitə xidməti göstərilməsində xidmətlərinə görə;
AS GROUP, Şahin Mövsümov - Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə;
Xudu Rzayev, Minera şirkəti - Tikinti və istehsal sahəsində uğurlu fəaliyyətinə görə;
Elmixan Nəbiyev, “Atrabank” İdarə Heyətinin sədri -Azərbaycanda bank sektorunun müasirləşməsində və təkmilləşdirilməsində fəaliyyətinə görə
“CaspianNavTel” - Azərbaycanda naviqasiya sistemləri texnologiyasının inkişafına görə;
İsmayıl Şabani - AvirTell MMC-nin prezidenti- Yüksək keyfiyyətli Dial up, ADSL İnternet Access və 088 Toll Free xidmətlərinə görə;
Avrasiya Klinikası -Tibb müəssisəndə yüksək tibbi xidmətin göstərilməsində xidmətlərinə görə;
SİA (sia.az) - Dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə;
Ann.az - Operativ informasiyanın istehslalı və yayımında xidmətlərinə görə, mükafatlandırılıblar.