“Qızım İnci mənə ən böyük hədiyyəni etdi” - VİDEO

“Qızım İnci mənə ən böyük hədiyyəni etdi” - VİDEO
MAQAZİN
14:37 21.05.2026
364
Aparıcı Könül Muxtarova ad günündə aparıcısı olduğu verilişdə duyğusal anlar yaşayıb.
 
AZXEBER.COM xəbər verir ki, o, veriliş zamanı göz yaşlarını saxlaya bilməyib və övladı İnci barədə səmimi fikirlərini bölüşüb.

Könül Muxtarova çıxışı zamanı bildirib ki, həyatında ən böyük dəyər övladıdır:

"Bəzən insanı yalnız bir övlad kövrəldə bilər. Mənim həm zəif, həm də güclü tərəfim balamdır. Bütün uğurlarımızı balalarımızın adına qazanaq. Bu gözəl günüm üçün hər kəsə, Space TV rəhbərliyinə təşəkkür edirəm.”

Verilişdə qonaq olan Xalq artisti Gülyanaq Məmmədova aparıcı haqqında xoş fikirlər səsləndirib. O, Könül Muxtarovanın peşəkarlığı və səmimiyyətini vurğulayaraq onun hər zaman efir mədəniyyəti ilə seçildiyini qeyd edib.

Məmmədova bildirib ki, aparıcının qalmaqaldan uzaq durması və maarifləndirici fəaliyyəti onu tamaşaçılar arasında sevilən simaya çevirib.

Aysel

OXŞAR XƏBƏRLƏR