‘Qızın iki adaxlısı var’ - Siyavuş Novruzov Milli Şura haqqında

‘Qızın iki adaxlısı var’ -  Siyavuş Novruzov Milli Şura haqqında
SİYASƏT
14:30 24.08.2013
2358

“Milli Şurada toplaşanların məqsədi layiqli vahid namizəd seçimi deyil, seçkidən istifadə edib, ordan-burdan pul qopartmaqdır. Rüstəm İbrahimbəyova paralel olaraq Cəmil Həsənlini seçmələri də elə bu məqsəd daşıyır. Əks halda onlar özləri də başa düşürlər ki, prezident seçkilərində iştirak etmək üçün çox gecikiblər”.

BunuAPA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ötən gün Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə əlavə vahid namizədi seçilməsinə münasibət bildirərkən deyib.

S. Novruzov xatırladıb ki, seçki prosesinin, yəni namizədin sənədlərinin təqdim olunaraq təsdiq olunması və imza toplama kampaniyasını başa çatdıraraq Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərin təqdim edilməsi prosesi üçün ayrılan müddətin yarıdan çoxu arxada qalıb: “Bu baxımdan, Milli Şurada toplaşanlar yaxşı olar ki, gecikməklərini nəzərə alıb prezident seçkilərinə yox, ondan sonra gələn bələdiyyə seçkilərinə hazırlaşsınlar”.

YAP rəsmisi qeyd edib ki, ümumiyyətlə heç vaxt Milli Şura adından namizədlik irəli sürülə bilməz: “Onların yaydıqları bu informasiya tamamilə anormal bir şeydir, necə ki, fəaliyyətləri anormaldır”.

YAP rəsmisi müxalifətin Milli Şura adından iki namizədin təqdim olunmasına isə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərindən nümunə gətirib: “Bunlar bir qurum adından müxalifətin iki namizədini irəli sürməklə göstərirlər ki, Üzeyir bəyin əsərində olduğu kimi, qızın iki adaxlısı var. Amma qanunvericiliyə görə namizəd ya siyasi partiya, ya da siyasi partiyanın təmsil olunduğu blok tərəfindən irəli sürülə bilər. Nə Cəmil Həsənli, nə də Rüstəm İbrahimbəyov bunların heç birində yoxdur. Ona görə də onlar Milli Şura adından yox, öz şəxsi təşəbbüsləri ilə namizədliklərini verə bilərlər, əgər çatdırsalar...”

S. Novruzov bir müddət əvvəl R. İbrahimbəyovun, daha sonra isə daha layiqli namizəd kimi C. Həsənlinin namizədliyinin elan edilməsini Milli Şuranın növbəti saxtakarlığı adlandırıb: “İndi müxalif düşərgə haray salır ki, Cəmil Həsənli Rüstəm İbrahimbəyovdan daha layiqli, daha iddialı namizəddir. Bəs onda niyə Cəmil Həsənlini əvvəldən seçmirdilər? Bütün bunlardan görünür ki, orada toplaşanların məqsədi seçkidə normal iştirak etmək deyil. Onlar layiqli namizəd axtarırdılarsa yazıçı, daha çox müxalifətçi olan, tanınmış ədib Sabir Rüstəmxanlının namizədliyinin üzərində dayanaydılar. Sabir Rüstəmxanlı onların namizədlərindən daha tanınmış, daha təcrübəlidir, kitabları da daha yüksək tirajla nəşr olunur”.

YAP funksioneri bildirib ki, bütün hallarda Milli Şuranın istənilən namizədini rəqib görmürlər: “Xalqın öz seçimi var, bu da bizim namizəddir. Milli Şurada toplaşanlar isə gecikdikləri seçki ilə baş qatmaqdansa, növbəti bələdiyyə seçkilərinə hazırlaşsınlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq