Qızına Həsən, oğluna Zəhra adı qoyanlar məsuliyyət daşıyırlarmı? - AÇIQLAMA

Qızına Həsən, oğluna Zəhra adı qoyanlar məsuliyyət daşıyırlarmı? -  AÇIQLAMA
Bütün Xəbərlər
14:05 18.11.2015
2234

Xəbər verdiyimiz kimi, son illər Azərbaycanda yeni doğulan qız uşaqlarına oğlan, oğlan uşaqlarına isə qız adı verilir.

Ədliyyə Nazirliyin yaydığı məlumata görə, son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan adı qoyulub.Məsələn, 760 qadına, 7 kişiyə Aygün, 172 kişiyə, 4 qadına Səxavət, 288 kişiyə və 3 qadına Ədalət, 2802 kişiyə və 25 qadına Nurlan, 454 kişiyə və 4 qadına Rövşən, 13 902 kişiyə, 23 qadına Hüseyn, eyni zamanda, daha 23 qadına Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib.

Bəs valideynlərin yeni doğulan övladlarına öz cinsini daşımayan adları verməsi qanunla mümkündürmü?

AZXEBER.COM xəbər verir ki, bu məsələyə öz “facebook” səhifəsində münasibət bildirən hüquqşünast Asif Abdullayev qanunla uşağın cinsinə uyğun olmayan və ona gülünc gətirən adın verilməsinin rəsmən yol verilmədiyini deyib.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 nömrəli, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 1.4.-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir”.

Hüquqşünastın sözlərinə görə, uşaq hüquqları haqqında beynəlxalq Konvensiyayaya əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir: “İstər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.Göründüyü kimi, oğlan uşağına qız adının verilməsi və yaxud, qız uşağına oğlan adının verilməsi, həmçinin gülünc doğuran adın verilməsi qadağandır”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR