Almaniyanın Nürnberq şəhərində qızıyla 34 il boyunca cinsi əlaqədə olan 69 yaşındakı təqaüdçü bir alman, Nürnberq-Fürth Əyalət Məhkəməsi tərəfindən 2 il 8 ay həbs cəzasına məhkum edilib.
AZXEBER.COM-un xarici ölkə Kİ-lərinə istinadən verdiyi xəbərə görə, prokurorluğun təcavüzə görə 14 il həbs cəzası tələb etdiyi ata haqqında məhkəmə fərqli qərar verib və onu ağır şərtlərlə 2 il 8 ay həbs cəzasına məhkum edib.
46 yaşlı qadın, məhkəmədə verdiyi ifadəsində, atasının onu zorladığını və onu ölümlə hədələdiyini bildirib. Qadın eyni zamanda, bu təcavüzlərdən anasının da xəbəri olduğunu qeyd edib. Ancaq, qadının anasının məhkəmədə şahid kimi çıxış etməməsi 64 yaşlı qocanı ömürlük həbsdən xilas edib.
Qeyd edək ki, adı açıqlanmayan atanın qızından 3 övladı var.