Qızının 'facebook' statusunu görən ata, noutbuku güllələdi
MARAQLI
16:20 11.02.2012
4533
Qızının sosial mediada valideynlərini tənqid etməsinə əsəbləşən ata əvvəl kameraya açıqlama verdi, sonra isə qızına aid notebooku güllələdi. Hadisə Amerika Birləşmiş Ştatlarında baş verib. Məlumata görə, 15 yaşlı qız sosial şəbəkə saytı “Facebook” səhifəsində valideynlərini tənqid edib: “Atamın və anamın tələbləri məni bezdirib. Dayanmadan işləyirəm və özümə vaxt ayıra bilmirəm”. Bu açıqlamalara əsəbləşən ata Tomi Jordan həyətində quraşdırdığı kameraya açıqlama verərək qızı ilə valideynlər arasında olan münasibətlər barədə danışdı və onu əsla işləməyə məcbur etmədiklərini dedi. Ata başqa valideynlərə də müraciət edərək onlara uşaqlarını sosial şəbəkələrə yaxın buraxmamağı məsləhət gördü. Daha sonra ata tapança ilə qızının kompüterini güllələyib. Tomi Jordan bu video-çarxı, “Facebook valideyniyi; Problemli yeniyetmələr üçün” – başlığı ilə video paylaşımı saytı “You-Tube”a yerləşdirib. Tomi Jordanın bu videonu yayması ilə ABŞ mətbuatında yeni bir müzakirə başlayıb. Bir çox mətbu orqan sosial medianın ailə həyatı üzərindəkio təsirlərindən danışmağa başlayıb. /// ANS