Hindistanda dəhşətli hadisə baş verib.
Hindistanda 2 kişi qadına 3 yaşlı qızının gözləri qarşısında təcavüz edib. Bununla kifayətlənməyən təcavüzkarlar qadının 2 həftəlik körpəsini öldürüblər. Onlar avtobusda işləyirlər, biri sürücü, digəri isə biletyığan vəzifəsini icra edir.
28 yaşlı ana bacısıgildən evə qayıtmaq üçün avtobusa minib. Avtobus sürücüsü qadını evinə qədər ötürəcəyini deyib. Sürücü və biletyığan sonuncu dayanacağa gəldikdə qadını zorla içirdərək qızının gözləri qarşısında təcavüz ediblər. Cinayətkarlardan biri ananın əlindən 2 həftəlik uşağını alıb yerə çırparaq öldürüb.
Qeyd edək ki, cinayətkarlar həbs edilib.
///Milli.Az