Bakıda vəzifəli qadın içindəki “qurdu” qızının ləyaqətindən üstün tutub. Səbail rayonunda polis ananın qızının zorlanması ilə bağlı şikayətini araşdırıb. Məlum olub ki, burada söhbət zorlanmadan yox, ananın şəxsi maraqlarından gedir. Qadın polisə şikayət edib ki, iyulun 17-də qızı evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxularaq onu döyüb və zorla onunla cinsi əlaqədə olub. Səbail rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, zorlandığı iddia olunan qız bölməyə dəvət olunub ifadə verib. Bildirib ki, oğlanla bir-birini sevirlər və xeyli müddətdir başqa mənzildə ər-arvad kimi yaşayırlar. Anası isə onların kənarda yaşamasını istəmir və onun evinə qayıtmasını israr edir. Sevgililər isə sərbəst yaşamaq istədiklərindən ananın evinə getmək istəmirlər. Ana isə qızının zorlanmasını deyərək kürəkənindən heyf çıxmaq istəyib. Xatıladaq ki, ötən gün KİV-də Bakıda zorlama hadisəsi ilə bağlı məlumat yayılmışdı. Hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, hadisə Səbail rayonunda baş verib. Rayon sakini olan 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci Polis Bölməsinə müraciət edərək onunla birgə yaşayan qızının cinsi zorakılığa məruz qaldığını deyib. Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və zorla onunla cinsi əlaqədə olub. Erkin daha sonra evi tərk edib. T.Atamoğlanova evə qayıtdıqda qızı ona baş verənləri danışıb. Qeyd edək ki, polisə şikayət edən qadın Səbail rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifələrdən birində çalışır.