“Orada qızları içirdib müştərilərə verirdilər”.
İnsan alveri və Türkiyədə əxlaqsızlıq yuvasının sahibi olmaqda ittiham edilən, Azərbaycan vətəndaşı Baba Gülbalayevə qarşı açılmış cinayət işinin istintaqı başa çatıb.
AAZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Azərbaycan DİN-nin İnsan Alveri ilə Mübarizə İdarəsində bildiriblər.
Cinayət işinin materiallarına müvafiq olaraq Gülbalayev bərabər yaşadığı, Türkiyədə mütəşəkkil cinayət qrupunun üzvü olması ehtimal edilən Təranə Sultanova ilə əlbirliyinə girib. Yeri gəlmişkən bildirək ki, Təranə Sultanova Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq uzun müddətə azadlıqdan məhrum edilib. Hal-hazırda onun Azərbaycana gətirilməsi məsələsi müzakirə edilir.
DİN-də həmçinin bildiriblər ki, qruplaşmanın daha üç üzvünü zərərsizləşdirib və azərbaycanlı qızların Türkiyəyə aparılmasının qarşısını alıblar. Məlumdur ki, cinayətkarlar 20-25 yaşında qurbanlarını əsasən Konyaya aparıbılar. Qızları tora Türkiyədə yüksək maaşlı iş vəd edərək, Təranə Sultanova salırdı. Onların Türkiyəyə çatdırılması ilə onunla bərabər yaşadığı Gülbalayev məşğul olurdu.
Qızlara ilkin olaraq spirtli içkilər içirdib müştərilərə təklif edirdilər. Qızlar ayıldıqdan və fahişəliklə məşğul olmaqdan imtina etdikdə isə Sultanova qızlara onların ailələrinə mağazada satıcılıqla deyil, məhz intim xidmətlər göstərməklə məşğul olduqlarını söyləyəcəyi ilə hədələyirdi. Sultanova onların kişilərə intim xidmət göstərdiyi kadrların əks olunduğu videonu yayacağını söyləyirdi.
Məlumat verilib ki, qruplaşma 2008-ci ildən 2013-cü ilə qədər fəaliyyət göstərib. İş üzrə 6 epizod nəzərdən keçirilib, amma istintaq bu cütlüyün qurbanı olan digər qızların da olduğunu ehtimal edir. Qeyd edək ki, onları qurbanlardan birinin anasının müraciətindən sonra aşkar etmək mümkün olub.
İş Ağır Cinayətlər üzrə Məhkəməyə verilib və hakim Rauf Əliyev tərəfindən işə baxılacaq.
Qeyd edək ki, qadınları fahişəliklə məşğul olmaq üçün Türkiyənin müxtəlif şəhərlərinə: Ankara, Trabzon, Konya, Bursa, Bodrum və İstanbula aparırlar.