Qlobal istiləşmə qasırğaları daha təhlükəli edib - ARAŞDIRMA

Qlobal istiləşmə qasırğaları daha təhlükəli edib - ARAŞDIRMA
DÜNYA
19:48 20.05.2020
1160

Qasırğalar qlobal istiləşmə ilə əlaqədar daha da dağıdıcı olmağa başlayıblar.

AZXEBER.COM "Daily Mail”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin alimləri bildirib.

Mütəxəssislərin fikri 1979-2017-ci illərdə qeydə alınan qasırğaların təhlilinə söykənir. Araşdırmaçılar statistikaya üz tutublar və hava temperaturunun yüksəlməsi ilə qasırğa sürətinin artması arasında korrelyasiyanı aşkarlayıblar. Araşdırmaya görə, qasırğa küləklərinin sürəti hər 10 ildə ortalama 8% artıb.

Həmçinin mütəxəssislər son 40 ildə 3-cü dərəcəli qasırğanın (bu kateqoriyada küləyin sürəti 185 km/s və daha çox ola bilər) yaranma ehtimalının 15% artdığını da vurğulayıblar. Araşdırmada qeyd edilib ki, kürəsəl istiləşmə davam etdikcə bu tendensiya qalacaq. 

OXŞAR XƏBƏRLƏR