QMİ erməni təxribatı haqqında məlumat yaydı

QMİ erməni təxribatı haqqında məlumat yaydı
Bütün Xəbərlər
11:00 10.01.2013
882

"Şeyxülislam Allahşükür Paşazadə ilə II Qareginin görüşü Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birində baş tuta bilər"

Qafqaz Müsəlmanları İdarəsi son günlər erməni mətbuatında bütün ermənilərin katolikosu II Qaregin tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşü barədə açıqlama verib.  QMİ-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşün Azərbaycan-Ermənistan sərhədində keçirilməsi barədə təklifi müxtəlif formalarda yozulur. "QMİ bəyan edir ki, Şeyxülislam A. Paşazadə Gürcüstana səfəri zamanı Tbilisidə olarkən, erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırmışdır və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmayıb. Söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən gedib".  QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir. Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan sərhədində baş tuta bilər.

OXŞAR XƏBƏRLƏR