Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, fətva şöbəsinin müdiri hacı Mirəziz Seyidzadə ötən gün insult keçirib.
Bu barədə SalamNews-a Bakı İslam Universutetinin tələbələri məlumat veriblər. Hazırda hacı Mirəziz Seyidzadə Kliniki Tibbi Mərkəzdə həkimlərin nəzarəti altındadır.
Xatırladaq ki, M.Seyidzadə uzun müddətdir böyrəyində olan xəstəlikdən əziyyət çəkir. Ötən ayın ortalarında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəyə başlayıb. O, bundan əvvəl də xəstəxanaya düşüb.