Qobustan rayonunda silah-sursat tapılıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silah-sursat rayonun Şıxzərli kəndi ərazisində çoban tərəfindən aşkar edilib.
Çoban bu barədə dərhal polisə məlumat verib.
Hadisə yerinə baxış keçirən polis əməkdaşları ərazidə xeyli sayda hərbi sursat, o cümlədən iki əl qumbarası aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.