Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.
Virtualaz.org Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən bildirir ki, may ayının 26-da İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.