"Qohum evliliklərinin qadağan edilməsi gələcək nəsillərin sağlam formalaşmasına xidmət edir"

"Qohum evliliklərinin qadağan edilməsi gələcək nəsillərin sağlam formalaşmasına xidmət edir"
SOSİAL
16:46 30.06.2025
924
Xəbər verdiyimiz kimi, sabahdan Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.
 


Sabahdan qüvvəyə minəcək qadağalar ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bunu genofondumuzun qorunması baxımından mühüm addım adlandırıb:

"Qohum evliliklərinin qadağan olunması ailə sağlamlığı və milli genofondumuzun qorunması baxımından mühüm addımdır. Artıq sabahdan etibarən Azərbaycanda qan qohumları arasında nikahın qanunla qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minir. Bu qanun dəyişikliyini bəyənir, onu cəmiyyətin sağlam gələcəyi naminə atılmış vacib bir addım kimi qiymətləndirirəm".

Deputat qohum evliliklərinin hüquqi şəkildə qadağan olunmasını tam dəstəklədiyini bildirib:

"Uzun illərdir ki, elm adamları və səhiyyə mütəxəssisləri yaxın qohumlar arasında qurulan nikahların genetik xəstəliklərin yayılmasına səbəb olduğunu bildirirdilər. Cəmiyyətin rifahı, gələcək nəsillərin sağlam böyüməsi üçün bu risklərə biganə qalmaq olmazdı. Ona görə də qohum evliliklərinin hüquqi şəkildə qadağan olunmasını tam dəstəkləyirəm. Bu addım təkcə tibbi baxımdan deyil, sosial və psixoloji mühitin sağlamlaşdırılması baxımından da önəmlidir. Ailə institutu cəmiyyətin təməlidir. Onun sağlam və davamlı şəkildə qurulması üçün hüquqi mexanizmlər lazımdır. Bu qərar ailə dəyərlərinin qorunmasına, sağlam və vətənə yararlı övladların yetişməsinə töhfə verəcək".

Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışan deputat daha çox ucqar bölgələrdə yaşayanlar məlumatlandırılmalı olduğunun vacibliyini xüsusi qeyd edib:

"Bu sahədə maarifləndirmə işlərinin aparılması da gücləndirilməlidir. Cəmiyyətin bütün təbəqələri, xüsusilə də ucqar bölgələrdə yaşayan insanlar bu dəyişikliklərin səbəbləri və faydaları barədə məlumatlandırılmalıdır. Media, təhsil, vətəndaş cəmiyyəti, aidiyyatı dövlət qurumlarının, o cümlədən din xadimlərinin bu prosesdə fəal rol oynamaları vacibdir".
 
 

AZXEBER.COM qüvvəyə minəcək qanunla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.
 
Komitədən bildirilib ki, erkən evlilik hallarına yol verilməsinin qarşısını almaq, uşaqların və gənclərin hüquqlarını müdafiə etmək, habelə qohum nikahlarından qaynaqlanan genetik və sosial risklərin qarşısını almaq məqsədilə bir sıra yeni hüquqi normalar müəyyən olunub:

"Azərbaycan Respublikası Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunub. Məcəlləyə əlavə edilən 176-2-ci maddə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır".

Komitədən həmçinin bildirib ki, qanunun qəbulu ilə evliliyə daxil olan şəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması və cəzalandırılmasıdır:
 
"Əksər hallarda iyirmi yaş həddində gənclər əsasən valideynlərinin təkidi və istiqamətləndirilməsi nəticəsində evliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinə görə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayanlarla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkibi mövcud olduqda məsuliyyətə cəlb olunurlar. Məqsəd isə evliliyə daxil olan şəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması və cəzalandırılmasıdır. Qanunda həmçinin AR Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) nəzərdə tutulan, aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı normalar əks olunmuşdur. Belə ki, yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcəkdir".

Nəticə olaraq qanunvericiliyə edilən bu mühüm dəyişikliklər erkən evlilik və qohum nikahlarına qarşı güclü addım olaraq cəmiyyətin sağlam gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır və gələcək nəsillərin sağlam formalaşmasına xidmət edir. Bu, təkcə hüquqi deyil, eyni zamanda ictimai məsuliyyət tələb edən məsələdir".

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "gender,ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur