"Qohum olduğumuz üçün mən də Ehsanəni almaq haqqında qərar verdim"

"Qohum olduğumuz üçün mən də Ehsanəni almaq haqqında qərar verdim"
SOSİAL
23:42 12.01.2017
5058
 
Təcavüzə məruz qaldğını deyən qızını öldürən ana məhkəmədəsi davam edir Fuad Heydərov qızla münasibətdə olduğunu etiraf edib
Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Z. Cəfərova ittiham aktına münasibət bildirərək, özünü təqsirli bildiyini deyib. O, hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib. O qeyd edib ki, qızının zorlandığını bildiyinə görə, belə bir hadisə törədib.

Z.Cəfərovanın həyat yoldaşı Anar Cəfərov ifadəsində bildirib ki, hadisə baş verən vaxt o həbsdə olub: "Mənim çıxmağıma bir ay qalmışdı. Züleyxa yanıma gələndə çox pis idi. Ancaq bunun səbəbini mənə demədi. Sonradan eşitdim ki, evdə faciə baş verib".

 Z. Cəfərovanın qardaşı Şəhriyar Cəfərov şahid qismində ifadə verərək bildirib ki, bacısı bir gün onu evlərinə çağırıb: "Mənə dedi ki, Fuad Heydərov adlı şəxs qızı ilə münasibətdə olub. Sonradan biz Fuadın ailəsi ilə danışdıq, onların evlənməsi barədə razılığa gəldik. Ancaq sonradan bacımın qızını öldürdüyünü eşitdim".

Fuad Heydərovun anası Pərvanə Heydərova ifadəsində  oğlunun qətlə yetirilən Ehsanə Cəfərova ilə heç bir münasibəti olmadığını deyib. "Qızla Fuadın heç bir əlaqəsi olmayıb. Sadəcə, qzın ailəsi bizim ayağımıza düşüb yalvardılar ki, qızı alın. Biz də qızı qəbul etdik".

 İfadə verən Fuad Heydərovun özü də dindirilib. O, E.Cəfərova ilə münasibətdə olmadığını qeyd edib: "Züleyxa anama deyib ki, yoldaşı həbsdən çıxsa, qızının başıma gətirilən hadisəyə görə bizi öldürər. Ona görə, Ehsanəni gəlin kimi qəbul etməlisiniz. Biz də qohum olduğumuz üçün mən də Ehsanəni almaq haqqında qərar verdim".

 F. Heydərovun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqdakı ifadəsinin ziddiyyət təşkil etdiyi bildirilib. Buna görə ifadə elan olunub. İfadəyə əsasən, F. Heydərov və E. Cəfərova arasında cinsi münasibətdə olduğunu etiraf edib. Sonradan F. Heydərov bibisi qızı E. Cəfərova ilə münasibətdə olduğunu məhkəməyə etiraf edib.

Məhkəmədə qohumlar arasında mübahisə düşüb.

Hadisə ötən il baş verib. Sabunçu rayonunda yaşayan Z. Cəfərova evində 14 yaşlı qızı Ehsanə Cəfərovanı münaqişə zəminində boğaraq öldürüb. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır. Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir