Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
10:58 12.05.2026
260
Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
 
Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb. Faktla bağlı cinayət işi başlanıb.
 
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR