Qonşular arasında dava: Ata və oğul bıçaqlandı

Qonşular arasında dava: Ata və oğul bıçaqlandı
Bütün Xəbərlər
11:17 25.07.2015
1236
Gəncədə qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ramil Əliyevlə 1973-cü il təvəllüdlü Rəhman Qənbərov arasında yaranan mübahisə zamanı Rəhmanla oğlu Elnur Ramili döyülərək müxtəlif bədən xəsarətləri yetiriblər.
Ramil isə onu döyən ata və oğulu bıçaqlayıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə dalaşan şəxslər sərxoş olublar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR