Qorbaçov yubileyini Şeron Stounla keçirəcək

Bütün Xəbərlər
14:14 24.01.2011
1736

Yubilyarın şərəfinə düzənlənəcək təntənəlıi mərasimdə Brayn Ferri, Ketrin Cenkins, Lara Fabian, Dmitriy Xvorostovskiy, "Spice Girls"-un üzvü Mel Si, "Scorpions" qrupu, Andrey Makareviç, İqor Krutoy və "Türk xoru" ayrı-ayrılıqda çıxış edəcək.

Konsertin aparıcısı hollivud aktrisası Şeron Stoun olacaq.

SSRİ-nin sonuncu prezidentinin yubiley tədbiri martın 30-a Londondakı Kral Albert zalında keçiriləcək. Biletlərin qiyməti 35 min funtdan başlayır. 33 VIP-lojadan hər birinin dəyəri isə 100 min funt sterlinq təşkil edir. Hərraca çıxarılacaq bir lojadan başqa digər lojaların hamısı artıq satılıb.

VİP-lojaların biletlərindən gələn gəlir xeyriyyə fondlarına yatırılacaq. Mərasimdə ümumilikdə 5 mln funt sterlinqin toplanması planlaşdırılır./// Alma qəzeti

OXŞAR XƏBƏRLƏR