Qorbaçov danışdı: “Rusiya Putinlə 6 il itirəcək”

Qorbaçov danışdı: “Rusiya Putinlə 6 il itirəcək”
Bütün Xəbərlər
10:49 27.09.2011
1576

Keçmiş sovet lideri Mixail Qorbaçov, Baş Nazir Vladimir Putin seçkilərdən sonra Kremlə qayıdacağı təqdirdə Rusiyanın növbəti 6 ili itirəcəyini deyib.

Putinə reaksiya verən Qorbaçov deyib ki, istənilən Rusiya liderinə köhnə komandanı saxlamaq və hakimiyyətdə qalmaq yox, hazırkı siyasi sistemi dəyişmək lazımdır.

Ötən həftə sonu Rusiya Prezidenti Dmitri Medvedev gələn il Putinin prezident, özünün isə Baş Nazir olacağını deyib.

Bu xəbərə reaksiyalar müxtəlif olub. Maliyyə naziri Aleksey Kudrin isə, Medvedev və Putin rollarını dəyişdiyi təqdirdə öz vəzifəsindən gedəcəyini təsdiqləyib. Uzun illərdən bəridir ki, maliyyə naziri vəzifəsini tutan Kudrin Medvedevin başçılıq etdiyi kabinetdə çalışmaq istəmədiyini deyib.

Ekspertlər, sahibkarların rəğbətini qazanmış Kudrinin istefa xəbərinin onlar tərəfindən müsbət qarşılanmayacağı qənaətindədir.

OXŞAR XƏBƏRLƏR