SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov hesab edir ki, Rusiyanın baş naziri Vladimir Putin prezidentlik uğrunda mübarizədən imtina etməlidir. Çünki, o, hakimiyyətdə həddindən artıq qalıb. Mixail Qorbaçov “Exo Moskvı” radiosuna müsahibəsində bildirib ki, Vladimir Putinə vəzifədən elə indi getməyi məsləhət görür. Onun sözlərinə görə, bu yolla Vladimir Putinin etdiyi bütün müsbət işlər qorunacaq.