Qorbaçova qarşı cinayət işi qaldırıla bilər

Qorbaçova qarşı cinayət işi qaldırıla bilər
Bütün Xəbərlər
16:42 19.01.2012
1509
“Rusiya vətəndaşları Həmkarlar İttifaqı” Təhqiqat Komitəsinə müraciət edərək SSRİ-nin birinci prezidenti Mixail Qorbaçova qarşı cinayət işinin qaldırılmasını tələb ediblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, M. Qorbaçov vətənə xəyanətdə ittiham edilir. Qurum bütün Rusiya vətəndaşlarından bu məsələdə həmrəy olmağa çağırıb. Artıq Qorbaçova qarşı cinayət işinin qaldırılması ilə bağlı Moskvada “Qorbaçovu məhkəməyə ver” adlı silsiləvi aksiyalar start götürüb. Belə aksiyalardan üçü bu gün Moskvanın müxtəlif yerlərində keçirilib. Xatırladaq ki, Mixail Qorbaçovun 1990-cı ilin 20 Yanvarında SSRİ-nin rəhbəri olan zaman Sovet qoşunları Bakıya soxularaq mülki sakinləri qətlə yetirmişdilər. Əli dinc vətəndaşların qanına batan şəxs Nobel Sülh mükafatı laureatıdır.
OXŞAR XƏBƏRLƏR